“CPM-İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının rəhbəri dəyişib

Maliyyə
  • 22 fevral, 2024
  • 11:46
“CPM-İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının rəhbəri dəyişib

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.

"Report" xəbər verir ki, bu, Eldar Abdullayevdir.

O, bundan əvvəl "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədr əvəzi olub və yeni vəzifəsində Xəyal İsmayılovu əvəzləyib.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

44 filmi