COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb

COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb Avqust-sentyabr aylarında 1 aylıq əmək haqqı fondunun ödənilməsi təmin ediləcək
Maliyyə
15 Avqust , 2020 11:51
COVID-19-dan əziyyət çəkən muzdlu işçilərlə bağlı siyahılar hazırlanıb

Sahibkarlıq subyektlərinə maliyyə yardımı ilə bağlı 2-ci mərhələdə fərdi və mikro sahibkarlara 250 manat maliyyə dəstəyinin göstərilməsi hissəsi başa çatıb.

“Report” xəbər verir ki, bunu  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu çərçivədə 49,3 min fərdi və mikro sahibkara 12,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib: “Pandemiyadan əziyyət çəkən sahələrdə çalışan muzdlu işçilərə maliyyə yardımı edilməsi ilə bağlı təhlillər aparılıb və artıq siyahılar hazırlanıb, Maliyyə Nazirliyinə təqdim olunub”.

S.Musayeva qeyd edib ki, sahibkara muzdlu işçilərinə görə əmək haqqının müəyyən hissəsinin ödənilməsi nəzərdə tutulub: "Belə ki, avqust-sentyabr aylarında 1 aylıq əmək haqqı fondunun ödənilməsi təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi