​Çin fond birjalarında limit aradan qaldırılıb

​Çin fond birjalarında limit aradan qaldırılıb "Report": Bu, qlobal maliyyə böhranını daha da dərinləşdirə bilər
Maliyyə
8 Yanvar , 2016 15:24
​Çin fond birjalarında limit aradan qaldırılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Çinin əsas fond indekslərindən olan "Shanghai Composite" yanvarın 8-də 1,97% artaraq 3 186,41 bənd təşkil edib. "Report" xəbər verir ki, artıma səbəb Çinin kapital bazarlarını tənzimləmə Komissiyasının fond birjaları üçün tətbiq etdiyi limiti aradan qaldırması olub. Belə ki, bu gündən etibarən Çində mövcud olan fond birja indeksləri sərbəst hərəkət edə bilər. Halbuki bu günə qədər Çində tətbiq edilən qaydalara əsasən, fond birjası indeksləri əməliyyat günü bir əvvəlki günün orta qiymətindən 7%-dən artıq azala bilməzdi. Fond birjaları 7%-lik limitə yaxınlaşdıqda əməliyyatlar texniki fasilə elan edilərək dayandırılırdı. Məhz bu səbəbdən "Shanghai Composite" indeksi bu həftə ərzində iki dəfə, yanvarın 5-də və 7-də 7% azalıb. Azalmağa səbəb isə investorların enmənin başlamasına görə həmin günlər səhmləri sata bilməyəcəklərindən ehtiyatlanaraq kütləvi şəkildə satışa başlamaqla təşviş yaratması olub.

Çinin 2015-ci ildə 42% mənfəət nümayiş edən "APS Asset Management" hedc fondunun təsisçisi Vonq Kok Hoy bildirib ki, Çin kapital bazarları tənzimləmə Komissiyasının limiti aradan qaldırması erkən verilmiş bir qərardır: "Bu qərar bir qədər gözlədilməli və investorlar buna alışmalı idilər. Daha sonra isə investorların irrasional davranışları aradan qalxacaqdı".

"Report"un analitik qrupu hesab edir ki, limitin aradan qaldırılması Çin fond birjalarında çox neqativ göstəricilərin açıqlanması hallarında kəskin satışa səbəb olacaq. Bu da dünyanın digər ölkələrində birja indekslərinin sərt düşməsinə gətirib çıxaracaq. Nəticədə qlobal maliyyə böhranı daha da kəskinləşə bilər. 

Son xəbərlər

Orphus sistemi