“Bank VTB Azərbaycan"ın mənfəəti 47 % azalıb
- 25 aprel, 2023
- 08:07
“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 2,914 milyon manat mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 47 % azdır.
Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 8,215 milyon manat (illik müqayisədə 29,2 % az), xərcləri 7,855 milyon manat (2,9 % az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,553 milyon manat (28,6 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 248,078 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,1 % çoxdur. Bunun 146,045 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8 % kiçilib.
Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 27,7 % artaraq 164,791 milyon manata, o cümlədən depozit portfeli 67,6 % artaraq 104,91 milyon manata, balans kapitalı isə 12,3 % artaraq 83,288 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.