"Bank Respublika" manatla, illik 8,5% gəlirliliklə istiqraz buraxır

Maliyyə
  • 14 dekabr, 2021
  • 13:01
Bank Respublika manatla, illik 8,5% gəlirliliklə istiqraz buraxır

“Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank Respublika" ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd, yəni 10 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 8,5%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar dekabrın 16-da, rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

44 filmi