"Bank BTB"dən biznes qurmaq istəyənlərə mikrokredit

"Bank BTB"dən biznes qurmaq istəyənlərə mikrokredit "Bank BTB" 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.
Maliyyə
27 Yanvar , 2021 12:17
Bank BTBdən biznes qurmaq istəyənlərə mikrokredit

"Bank BTB" ASC sahibkarlığın inkişafına, ölkəmizdə iqtisadiyyatın yüksəlişinə töhfə vermək məqsədilə biznesə başlamaq və ya mövcud biznesini genişləndirmək istəyən şəxslərə dəstək olaraq Mikrokredit məhsulunu təklif edir.

50 000 manata qədər təklif olunan mikro kreditlər illik faiz dərəcəsi 12%-dən başlayaraq təminatsız və ya qismən təminatlı şərtlərlə istehlakçılara təqdim olunur. Mikro kreditlər 12 ay güzəşt müddəti olmaqla 48 ay müddətinə verilir. Mikrokredit məhsulunun daha bir özəlliyi ondadır ki, sənədləşmə prosesi cəmi 1-2 gün ərzində yekunlaşır. Onu da qeyd edək ki, mikro kreditlər yalnız AZN valyutasında təqdim edilir.

"Bank BTB" 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

Mikrokredit məhsulundan yararlanmaq istəyən şəxslər "Bank BTB"nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi