Bakı-Sumqayıt qatarına minənlər ötən il 110 min dəfə təmassız ödəniş edib

Bakı-Sumqayıt qatarına minənlər ötən il 110 min dəfə təmassız ödəniş edib 2021-ci ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 94,6 min manat dəyərində 110 min dəfə ödəniş edilib.
Maliyyə
21 Fevral , 2022 17:08
Bakı-Sumqayıt qatarına minənlər ötən il 110 min dəfə təmassız ödəniş edib

2021-ci ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 94,6 min manat dəyərində 110 min dəfə ödəniş edilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Xatırladaq ki, AMB, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azərbaycan Dəmir Yolları" QSC və “Visa” beynəlxalq kart təşkilatı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş “Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında real rejimində sərnişinlərin istifadəsinə təqdim olunub. Layihənin icrası nəticəsində Bakı və Sumqayıt şəhərləri arasında hərəkət edən sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.

Son xəbərlər

Orphus sistemi