“Bakı Sığorta” ötən ili mənfəətlə başa vurub
- 29 mart, 2024
- 10:14
“Bakı Sığorta” ASC 2023-cü ili 556 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 103 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Bakı Sığorta”nın gəlirləri 7,663 milyon manat (əvvəlki ilə nisbətən 8,7 % çox), xərcləri isə 7,107 milyon manat (2,5 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Bakı Sığorta”nın aktivləri 12,244 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 21,8 % azalaraq 3,732 milyon manata, balans kapitalı isə 7 % artaraq 8,512 milyon manata çatıb.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42%), Murad Rəhimov (6,97%), Behbud Nəcəfov (6,93%) və “Ekolizinq” MMC-dir (6,68%).