Bakı Fond Birjasının dövriyyəsi 4 dəfəyə yaxın artıb
Maliyyə
- 10 mart, 2017
- 13:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə həyata keçirilən əqdlərin ümumi həcmi 1 446 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 3,7 dəfə artım deməkdir.
"Report" bu barədə BFB-ya istinadən xəbər verir.
Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 28,4% artaraq 162,2 mln. manata yüksəlib. Bunun 35,1 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 127,1 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.
Qeyd olunan dövrdə pay bazarı 108 dəfə artaraq 600,5 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6,5 dəfə artaraq 87,4 mln. manata çatıb.
Son xəbərlər
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr