“Azərpoçt”un xalis mənfəəti 28 % artıb

“Azərpoçt”un xalis mənfəəti 28 % artıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2023-cü ili 5,547 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da bir il əvvəlki göstəricidən 28 % çoxdur.
Maliyyə
20 İyun , 2024 11:02
“Azərpoçt”un xalis mənfəəti 28 % artıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2023-cü ili 5,547 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 28 % çoxdur.

Ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 22,644 milyon manat (əvvəlki ilə nisbətən 11,3 % çox), maliyyə xidmətlərindən gəlirləri 14,769 milyon manat (36,5 % az), digər xidmətlərdən gəlirləri 9,622 milyon manat (14,6 % az), əməliyyat xərcləri 30,367 milyon manat (14,6 % çox), ümumi və inzibati xərcləri 26,611 milyon manat (14,4 % çox), köhnəlmə və amortizasiya xərcləri 4,393 milyon manat (4,2 % az), digər əməliyyat gəlirləri 1 milyon manat (8,8 dəfə çox), investisiya qiymətli kağızlarından gəlirləri 22,228 milyon manat (2,2 dəfə çox), əks repo müqavilələri üzrə faiz gəlirləri 1,553 milyon manat (47 dəfə çox), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərəri 5,459 milyon manat (16,6 % az), cari hesab üzrə faiz gəlirləri 1,92 milyon manat (3,4 dəfə çox), dilinq əməliyyatları üzrə zərəri 289 min manat (29 % az), maliyyə xərcləri 522 min manat (5,8 dəfə çox), əmlak, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə və silinmə zərəri 142 min manat (əvvəlki il olmayıb), icarə müqavilələrinin ləğv edilməsindən gəlirləri 4 min manat (37 dəfə çox), xarici valyuta zərəri 105 min manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 304 min manat (83 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 604,828 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 4,5 % azalaraq 547,909 milyon manata düşüb, balans kapitalı isə 13,8 % artaraq 56,918 milyon manata çatıb.

Xatırladaq ki, "Azərpoçt" kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,358 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.

Son xəbərlər

Orphus sistemi