"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün açıq tender elan edib.
Maliyyə
8 Avqust , 2024 11:31
Azərkosmos “Azerspace-2” peyki üçün sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 6-na qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 6-da, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, "Azerspace-2” peyki 2018-ci ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 15 ildir.

“Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Avropa, Orta və Cənubi Asiyanı, Yaxın Şərqi və Sub Sahara Afrikanı əhatə edir.

Son xəbərlər

Orphus sistemi