"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.
Maliyyə
10 Oktyabr , 2024 17:08
Azərkosmos “Azerspace-2” peyki üçün sığortaçı seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.

“Report” xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 1,581 milyon manat ödəniləcək. Sığorta müqaviləsi gələn il sentyabrın 25-nə qədər qüvvədə olacaq.

Xatırladaq ki, "Azerspace-2” peyki 2018-ci ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 15 ildir.

“Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Avropa, Orta və Cənubi Asiyanı, Yaxın Şərqi və Sub Sahara Afrikanı əhatə edir.

Son xəbərlər

Orphus sistemi