Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb

Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb Siyasi və iqtisadi cəhətdən sabit olan Azərbaycan qlobal və regional nəqliyyat dəhlizlərində strateji rol oynayan dayanıqlı, daim inkişaf edən iqtisadiyyatı, dəstəkləyici hökumət siyasəti tərəfindən təmin olunan münbit biznes mühiti, əlverişli iqlim şərai
Maliyyə
13 Sentyabr , 2024 17:03
Azərbaycanın qeyri-neft sektoruna yatırılan birbaşa xarici investisiyalar rekord həddə çatıb

Siyasi və iqtisadi cəhətdən sabit olan Azərbaycan qlobal və regional nəqliyyat dəhlizlərində strateji rol oynayan dayanıqlı, daim inkişaf edən iqtisadiyyatı, dəstəkləyici hökumət siyasəti tərəfindən təmin olunan münbit biznes mühiti, əlverişli iqlim şəraiti, ixtisaslı işçi qüvvəsi və zəngin iqtisadi potensialı ilə neft sənayesindən kənarda üfüqlərini genişləndirir. Üstəlik, o, qeyri-neft yatırımlarının təyinat nöqtəsi kimi investorlar üçün cəlbedici imkanlar təklif edir.

Sözügedən amillər özünü rəsmi statistikada da əks etdirir. Belə ki, qeyri-neft sektorunun prioritet istiqamətə çevrilməsi prosesi aktiv şəkildə rəqəmlərin dinamikasına təsir göstərir. 2023-cü ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatına birbaşa olaraq 2 milyard ABŞ dollarından çox xarici investisiyalar (BXİ) yatırılıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyri-neft sektoruna cəlb olunmuş BXİ 2022-ci illə müqayisədə 9 % artıb. Hesabat ilində qeyri-neft sektoruna yatırılmış birbaşa xarici investisiyaların ümumi BXİ-dəki payı isə ilk dəfə 30 %-ə çatıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft sektoruna birbaşa yatırım edən lider ölkələr sırasında Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland və İsveçrə yer alıb.

Xatırladaq ki, Azərbaycan “Financial Times”ın “FDI Intelligence” nəşrinin 2024-cü il üçün BXİ-nin perspektivləri ən yüksək olan ölkələrin TOP-10 renkinqində 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi