Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını kəskin artırır
Maliyyə
- 03 may, 2024
- 08:02
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 1,3 milyon manat dəyərində səhm yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 13 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 55,6 % artaraq 2,34 milyon manatdan 3,64 milyon manata çatacaq.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 59,62 %-i Turan İsmayılova, 23,93 %-i Rahim Süleymanlıya, 10,68 %-I isə Rövşən Soltanova məxsusdur.
Son xəbərlər
00:22
Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
Xarici siyasət00:21
Foto
BMT-nin 18 əməkdaşı Azərbaycan vasitəsilə təxliyə edilib
Daxili siyasət00:20
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib
Xarici siyasət00:12
Tramp yeni daxili təhlükəsizlik nazirinin adını açıqlayıb
Digər ölkələr23:55
TDT Baş katibi Azərbaycanla həmrəylik ifadə edib
Xarici siyasət23:48
Türkiyə və Macarıstanın Baş Qərargah rəisləri Kərim Vəliyevə zəng ediblər
Hərbi23:41
Foto
İtaliyanın İrandakı səfirliyinin əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunub
Daxili siyasət23:34
Hindistanın hərbi təyyarəsi radarlardan itib
Digər ölkələr23:26