Azərbaycandan Gürcüstana pul köçürmələri 2,5 dəfə artıb

Azərbaycandan Gürcüstana pul köçürmələri 2,5 dəfə artıb Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 42,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
Maliyyə
15 İyul , 2021 12:29
Azərbaycandan Gürcüstana pul köçürmələri 2,5 dəfə artıb

Bu ilin I yarısında Azərbaycandan Gürcüstana 42,5 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətdə həcmdə 2,5 dəfə artım qeydə alınıb.

Yanvar-iyunda Gürcüstandan Azərbaycana isə 8,8 milyon ABŞ dolları köçürülüb ki, bu da illik müqayisədə 22,2 % çoxdur.

Təkcə iyun ayında Azərbaycandan Gürcüstana 7,1 milyon ABŞ dolları, qonşu ölkədən Azərbaycana isə 1,9 milyon ABŞ dolları daxil olub.

Ötən ay xarici ölkələrdən Gürcüstana göndərilən pul köçürmələrinin ümumi həcmi 201,9 milyon ABŞ dolları (+19,3 %), qonşu ölkədən xaricə köçürülən pulların həcmi isə 26,5 milyon ABŞ dolları (+20,8 %) təşkil edib.

Son xəbərlər

Orphus sistemi