Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyul, 2019)

Maliyyə
  • 20 avqust, 2019
  • 14:48
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyul, 2019)

"Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-iyul ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 5 401 409 2019 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 1 867 528 061 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 207 306 493 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 1 009 077 004 manatla “İnvest-AZ İnvestisiya Şirkəti", 425 799 993 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 269 351 751 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 97 846 101 manatla "BTB Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

№ İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Paşa Kapital 5 401 409 2019
2 AzFinance 1 867 528 061
3 Xalq Kapital 1 207 306 493
4 İnvest-Az 1 009 077 004
5 Unicapital 425 799 993
6 PSG Kapital 269 351 751
7 BTB Kapital 97 846 101
8 Kapital Menecment -

Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.