Azərbaycanda vergi daxilolmaları üzrə proqnoza 126,2 % əməl edilib

Azərbaycanda vergi daxilolmaları üzrə proqnoza 126,2 % əməl edilib Bu ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 milyon manat olub, proqnoza 119,7 % əməl edilib
Maliyyə
18 Avqust , 2021 17:29
Azərbaycanda vergi daxilolmaları üzrə proqnoza 126,2 % əməl edilib

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub, proqnoza 126,2 % əməl edilib.

"Report" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2 % və ya 655,9 milyon manat artıb.

Bu ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 milyon manat olub, proqnoza 119,7 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 628,1 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11,1 % və ya 382,2 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 % artaraq 2 milyard 926,8 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 549,4 milyon manat olmaqla, proqnoz 118,3 % icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 4,8 % artıb.

Ödənilən vergilərin 72,3 %-i qeyri-neft-qaz sektorunun, 27,7 %-i neft-qaz sektorunun payına düşüb.

Son xəbərlər

Orphus sistemi