Azərbaycanda “Sığorta Festivalı”na start verilib

Azərbaycanda “Sığorta Festivalı”na start verilib Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda sayca ikinci dəfə keçirilən “Sığorta Festivalı”na bu gün start verilib.
Maliyyə
17 Avqust , 2024 19:17
Azərbaycanda “Sığorta Festivalı”na start verilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə sayca ikinci dəfə keçirilən “Sığorta Festivalı”na bu gün start verilib.

“Report”un xəbərinə görə, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də ölkəmizdə ikinci dəfə keçirilən “Sığorta Festivalı” layihəsidir.

Festival 17 avqust – 7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində baş tutacaq. Festivala Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start verilib.

Qeyd edək ki, festival ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 3 sentyabr Lənkəran və 7 sentyabr Gəncə şəhərlərində keçiriləcək.

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunur. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiəti ilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi