Azərbaycanda qeyri-həyat sığortası bazarı 7 % kiçilib

Maliyyə
  • 27 iyun, 2022
  • 09:00
Azərbaycanda qeyri-həyat sığortası bazarı 7 % kiçilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 213,585 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,1 % azalaraq 76,761 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-may aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin yanvar-may aylarında 38,9 manat olub.

Qeyd edək ki, 5 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38 % azdır.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.

44 - Tezliklə