Azərbaycanda qeyri-həyat sığortası bazarı 4 %-dən çox böyüyüb
- 29 yanvar, 2025
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 619,165 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,4 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 6,6 % azalaraq 269,46 milyon manata enib.
Beləliklə, il ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 48,6 manat olub.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.