Azərbaycanda qeyri-həyat sığortası bazarı 27 % böyüyüb

Maliyyə
  • 25 noyabr, 2023
  • 08:15
Azərbaycanda qeyri-həyat sığortası bazarı 27 % böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 494 milyon 156 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 27,7 % artaraq 200 milyon 264 min manata çatıb.

Beləliklə, 10 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəm ötən ilin eyni dövründə 40,4 manat olub.

Xatırladaq ki, yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 19,745 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,6 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti