Azərbaycanda qeyri-həyat sığortası bazarı 1 % kiçilib

Maliyyə
  • 10 dekabr, 2022
  • 10:50
Azərbaycanda qeyri-həyat sığortası bazarı 1 % kiçilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 388,058 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 15,1 % azalaraq 156,825 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 47,2 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 797,625 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 359,297 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % azdır.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,9 manat olub.

44 filmi