Azərbaycanda könüllü sığorta bazarı 25 %-dək böyüyüb

Maliyyə
  • 10 dekabr, 2022
  • 06:28
Azərbaycanda könüllü sığorta bazarı 25 %-dək böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 601,853 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 279,219 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,9 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 46,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 62,1 manat olub.

Xatırladaq ki, bu ilin 10 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 797,625 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 359,297 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % azdır.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Ötən ilin 10 ayında bu göstərici 56,9 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti