Azərbaycanda könüllü sığorta bazarı 24 %-dən çox böyüyüb

Maliyyə
  • 25 noyabr, 2023
  • 06:29
Azərbaycanda könüllü sığorta bazarı 24 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 748 milyon 891 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 364 milyon 540 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 30,6 % çoxdur.

Beləliklə, 10 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 48,7 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 46,4 manat olub.

Xatırladaq ki, yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 19,745 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,6 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti