Azərbaycanda könüllü sığorta bazarı 24 % böyüyüb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 11:03
Azərbaycanda könüllü sığorta bazarı 24 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 687 milyon 374 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 320 milyon 152 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,7 % çoxdur.

Beləliklə, 9 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 46,6 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 44,6 manat olub.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti