Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

Maliyyə
  • 02 avqust, 2025
  • 09:48
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 622,365 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 363,872 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 23,3 % çoxdur.

Beləliklə, 6 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 54,5 manat olub.

Xatırladaq ki, bu ilin I yarısında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.

Ötən 6 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,1 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti