Azərbaycanda investisiya şirkəti səhmdarlarına dividend ödəyəcək
Maliyyə
- 11 sentyabr, 2025
- 14:17
Oktyabrın 13-də, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə şirkətin bölüşdürülməmiş mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi və təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi daxildir.
"CPM-İnvest İnvestisiya Şirkəti" 2024-cü ili 168 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 9,8 dəfə azdır.
Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.
Son xəbərlər
12:54
Foto
Azərbaycan və İordaniya turizm sahəsində əməkdaşlığı müzakirə edib
Turizm12:48
Siyarto Qəzza üzrə Sülh Şurasını Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün şans adlandırıb
Digər ölkələr12:42
Kanada yığmasının hücumçusu olimpiadada rekorda imza atıb
Komanda12:39
Foto
Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb – YENİLƏNİB
Daxili siyasət12:39
Gürcüstan yanvarda Azərbaycandan neft və neft yağlarının idxalını 454 dəfə artırıb
Energetika12:36
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 8 %-dən çox azaldıb
Biznes12:35
Pakistanda partlayış olub, 16 nəfər ölüb, 14 nəfər yaralanıb
Digər ölkələr12:30
Sabah hava yağıntılı olacaq, güclü külək əsəcək
Ekologiya12:25