Azərbaycanda icbari sığorta bazarı 12 %-dən çox kiçilib

Maliyyə
  • 10 dekabr, 2022
  • 06:32
Azərbaycanda icbari sığorta bazarı 12 %-dən çox kiçilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 195,772 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,2 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 80,078 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-oktyabr aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin eyni dövründə 45,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 797,625 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 359,297 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % azdır.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,9 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti