Azərbaycanda həyat sığortası bazarı 17 %-ə yaxın böyüyüb

Maliyyə
  • 29 yanvar, 2025
  • 13:42
Azərbaycanda həyat sığortası bazarı 17 %-ə yaxın böyüyüb

Keçən il Azərbaycanda həyat sığortası növlərinin hesabına 734,021 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 16,7 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 61,8 % artaraq 483,252 milyon manata çatıb.

Beləliklə, il ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 65,8 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 47,5 manat təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.