Azərbaycanda geniş pul kütləsi 5 % artıb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 08:00
Azərbaycanda geniş pul kütləsi 5 % artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi 42 milyard 024,1 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,2 % çox, ilin əvvəlinə nisbətən 1,9 % az, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 4,7 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi bu il sentyabrın sonuna 33 milyard 180,7 milyon manat olub. Bu, aylıq müqayisədə 3,6 %, ilin əvvəlinə nisbətən 12,2 %, illik müqayisədə isə 19,8 % çoxdur.