Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 3 dəfəyə yaxın azalıb

Maliyyə
  • 29 yanvar, 2025
  • 14:15
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 3 dəfəyə yaxın azalıb

Ötən il Azərbaycanda əmlak sığortası üzrə 233,507 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 10,7 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 37,924 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,7 dəfə azdır.

İl ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 16,2 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 48,1 manat olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub.

44 filmi