Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 3 dəfə artıb

Maliyyə
  • 28 oktyabr, 2023
  • 13:22
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 158 milyon 678 min manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 43 milyon 545 min manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3 dəfə çoxdur.

Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 27,4 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 10,5 manat olub.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 937,238 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,387 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 25,7 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,6 manat olub.

44 - Tezliklə