Azərbaycanda əmlak sığortası bazarı 15 % artıb

Maliyyə
  • 03 yanvar, 2023
  • 05:31
Azərbaycanda əmlak sığortası bazarı 15 % artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 157,893 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 18,885 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,2 % azdır.

Yanvar-noyabr aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 12 manatı ödəniş edilib. 2021-ci ilin eyni dövründə bu göstərici 15,2 manat olub.

Xatırladaq ki, 2022-ci ilin 11 ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 875,132 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, 2021-ci ilin eyni dövrünə nisbətən 14 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,953 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,7 % azdır.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. 2021-ci ilin eyni dövründə bu göstərici 56 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti