Azərbaycanda əmlak sığortası bazarı 11 % böyüyüb
- 27 iyun, 2022
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 63,114 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 8,133 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,3 % azdır.
Yanvar-may aylarında əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 12,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 16,7 manat olub.
Qeyd edək ki, 5 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38 % azdır.
Bu ilin 5 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.