Azərbaycanda biznesin müflisləşməsi üzrə təkmilləşmələrə dair Yol Xəritəsi təsdiqlənib

Azərbaycanda biznesin müflisləşməsi üzrə təkmilləşmələrə dair Yol Xəritəsi təsdiqlənib Dünya Bankı qrupunun "Business Ready" layihəsinin "Biznesin müflisləşməsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi təsdiqlənib.
Maliyyə
15 May , 2024 16:56
Azərbaycanda biznesin müflisləşməsi  üzrə təkmilləşmələrə dair Yol Xəritəsi təsdiqlənib

Dünya Bankı qrupunun "Business Ready" layihəsinin "Biznesin müflisləşməsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi təsdiqlənib.

"Report" xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, yol xəritəsi Baş nazirin müavini Yaqub Eyyubov tərəfindən dünən təsdiqlənərək, qüvvəyə minib.

Qeyd edək ki, müflisləşmə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübə və müasir cağırışlar nəzərə alınmaqla "Müflisləşdirmə və sağlamlaşdırma haqqında" yeni qanun layihəsinin və onun qəbul edilməsi ilə əlaqədarr normativ-hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcəyi nəzərdə tutulub.

Bundan başqa, müflisləşmə sahəsində məhkəmə işlərinə baxılması qaydasının daha da təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilməklə mülki prosessual qanunvericiliyin nəzərdən keçirilməsi və zərurət olduğu halda Mülki Prosessual Məcəlləyə dəyişikliklər ediləcək.

Həmçinin iflas proseduru başlanılmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların hüquqi şəxslərin dövlət reyestri və vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması məqsədi ilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarında dəyişikliklə gözlənilir.

Müflisləşmə prosesində olan hüquqi şəxsləri təmsil edən nümayəndələr (vəkillər) üçün müvafiq məlumatların elektron qaydada əldə olunması imkanının yaradılması məqsədilə "Elektron məhkəmə" informasiya sistemi haqqında əsasnamə"yə dəyişikliklər ediləcək.

Son xəbərlər

Orphus sistemi