Azərbaycanda aksiz vergisi üzrə proqnoz 19 %-ə yaxın artırılır

Azərbaycanda aksiz vergisi üzrə proqnoz 19 %-ə yaxın artırılır 2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 840,7 milyon manatının və yaxud 4,8 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.
Maliyyə
16 Oktyabr , 2024 14:07
Azərbaycanda aksiz vergisi üzrə proqnoz 19 %-ə yaxın artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 840,7 milyon manatının və yaxud 4,8 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,5 % çoxdur.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 655,7 milyon manatını və yaxud 89,95 %-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 185 milyon manatını və yaxud 10,05 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 21 % çox və eynidir.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi