Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun məbləği reklamın formasından və ölçüsündən aslı olaraq dəyişəcək.
“Report” xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, sözügedən məbləğ 5 - 100 manat arasında dəyişir. Təklif olunan variantda isə dövlət rüsumları aşağıdakı kimidir:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
33-1.1. Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) – 1 kvadratmetr üçün |
100 manat |
33-1.2. Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) : |
|
33-1.2.1. 20 kvadratmetrədək olduqda |
hər kvadratmetrinə görə 50 manat |
33-1.2.2. 50 kvadratmetrədək olduqda |
1000 manat + 21-50 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 15 manat |
33-1.2.3. 100 kvadratmetrədək olduqda |
1450 manat + 51-100 kvadratmetrlik hissəsinin hər kvadratmetrinə görə 10 manat |
33-1.2.4. 100 kvadratmetrdən artıq olduqda |
1950 manat + 100 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə 5 manat |
33-1.3. Təsvirin dinamik dəyişdiyi daşıyıcılar (1 kvadratmetr üçün): |
|
33-1.3.1. roller |
40 manat |
33-1.3.2. prizmatron və s. |
17 manat |
33-1.4. Hərəkətsiz daşıyıcılar (1 kvadratmetr üçün): |
|
33-1.4.1. transparant, körpüüstü reklam |
20 manat |
33-1.4.2. ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) |
17 manat |
33-1.4.3. bilbord, meqabord |
15 manat |
33-1.4.4. kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, çətir, tent, bayraq, afişa stendi və “Reklam haqqında” qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş digər reklam daşıyıcıları (bu Qanunun 33-1.4.1- 33-1.4.3-cü maddələrində nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) |
10 manat |
Bundan başqa, qanun layihəsində deyilir ki, dövlət rüsumunun məbləğləri 1 il müddətinə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müəyyən edilir. Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
- Bakı şəhəri üzrə - 1;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
- digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
- Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir.
- Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, ölçüsü 1 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir.
- Müvəqqəti xarakter daşıyan reklama verilmiş icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə müvafiq əmsal tətbiq olunur.