Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb

Maliyyə
  • 29 mart, 2024
  • 08:28
Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb

2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş 6,7 milyard birbaşa xarici investisiyada neft-qaz sektorunun xüsusi çəkisi 69,9 % olub.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu nisbət 2022-ci illə 71 % olub.

Ötən il birbaşa xarici investisiyalar əvvəlki ilə nisbətən 6,3 % artıb.