Çin şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərə bilərlər

Çin şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərə bilərlər Azərbaycan və Çin arasında Yaşıl enerji keçidi sahəsində birgə fəaliyyətin təşkili müzakirə edilib.
Biznes
20 Sentyabr , 2024 15:16
Çin şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərə bilərlər

Çin şirkətləri Azərbaycanın sənaye zonalarında, o cümlədən Ələt Azad İqtisadi Zonasında, həmçinin işğaldan azad edilmiş ərazilərdə infrastruktur, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərə bilərlər.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov Ümumçin Sənaye və Kommersiya Federasiyasının (ACFIC) icraçı sədr müavini Şen Yinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Nazir qeyd edib ki, Şanxay Əməkdaşlıq təşkilatının Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub, ticarət, investisiya və özəl sektoun əməkdaşlığı üçün yeni imkanlar açıb.

Qonaqlara Azərbaycanda investorlar üçün yaradılmış əlverilşli biznes və investisiya mühiti barədə məlumat verilib. Bildirilib ki, Çin şirkətləri ilə investisiya, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əməkdaşlıq edilir, ticarət dövriyyəsi artır. Azərbyacanın Çindəki Ticarət Nümayəndəliyinin fəaliyyəti nəticəsində bir sıra Azərbaycan məhsulları Çin bazarında tanınır. Bununla belə, Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və forumlarda daha fəal iştirakı üçün səylərin artırılması, həmçinin Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına olan marağı nəzərə alınaraq, hər iki ölkənin aidiyyəti qurumlarının bu istiqamətdə aktiv əməkdaşlıq etməsi vacibdir.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, işgüzar dairələrin tərəfdaşlığı genişləndirməsi, o cümlədən turizm, İT, innovasiya, fintech və s. sahələrdə əməkdaşlıq perspektivləri vurğulanıb. Özəl sektorda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması, birgə layihələrin icrası, Ümumçin Sənaye və Kommersiya Federasiyasının bu istiqamətdə təşəbbüsləri dəstəkləməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

13:25

Azərbaycan və Çin arasında “yaşıl enerji keçidi” sahəsində birgə fəaliyyətin təşkili müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, Ümumçin Sənaye və Kommersiya Federasiyasının icraçı sədr müavini Şen Yinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini müzakirə edib.

Bu müzakirələr arasında iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi, özəl sektorda qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi, “Yaşıl enerji keçidi” sahəsində birgə fəaliyyətin təşkili məsələləri mövcuddur. Həmçinin rəqəmsallaşma sahəsində potensial tərəfdaşlıq və perspektiv birgə layihələr müzakirə mövzusu olub.

Son xəbərlər

Orphus sistemi