Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 58 029,3 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 84,5 %-i və yaxud 49 033,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,5 %-i və yaxud 8 995,7 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 4 975,6 milyon ABŞ dolları və yaxud 9,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 647,2 milyon ABŞ dolları və yaxud 8 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 328,4 milyon ABŞ dolları və yaxud 17,3 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 928,8 milyon ABŞ dolları və yaxud 11,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 4 008,5 milyon ABŞ dolları və yaxud 8,9 %, AMB-nin valyuta ehtiyatları isə 1 920,3 milyon ABŞ dolları və yaxud 27,1 % artım nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.01.2023 |
49 033,6 |
8 995,7 |
58 029,3 |
01.10.2022 |
45 386,4 |
7 667,3 |
53 053,7 |
01.07.2022 |
45 306,8 |
7 371,9 |
52 678,7 |
01.04.2022 |
45 264,0 |
7 136,5 |
52 400,5 |
01.01.2022 |
45 025,1 |
7 075,4 |
52 100,5 |