​Azərbaycan sığorta bazarı 5% artıb - YENİLƏNİB II

​Azərbaycan sığorta bazarı 5% artıb - YENİLƏNİB II Bu ilin yanvar-oktyabr aylarında sığorta şirkətlərinin ödənişləri 33% artıb
Maliyyə
3 Dekabr , 2014 17:37
​Azərbaycan sığorta bazarı 5% artıb - YENİLƏNİB II

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 2014-cü ilin yanvar-oktyabr aylarında ümumilikdə 355,977 mln. manat həcmində sığorta haqqı yığıb və qarşılığında 131,405 mln. manat ödəniş həyata keçirib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

Məlumata görə, sığorta şirkətlərinin topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4%, sığorta ödənişləri isə 32,8% artıb.

Sığorta şirkətlərinin könüllü sığorta növləri ürzə topladığı sığorta haqlarının həcmi 229,513 mln. manat, ödənişlərin həcmi isə 96,762 mln. manat təşkil edib. Ötən ilin analoji 10 aylıq göstəriciləri ilə müqayisədə müvafiq olaraq 2,8% və 40,8% artım qeydə alınıb.

Bununla yanaşı, hesabat dövründə icbari sığorta növləri üzrə şirkətlərin daxilolmaları 10,5% artaraq 126,464 mln. manata, ödənişləri isə 14,5% artaraq 34,643 mln. manata  çatıb.

Bu ilin 10 ayında könüllü həyat sığortası üzrə yığılan sığorta haqlarının həcmi 69% artaraq 58,212 mln. manat, ödənişlərin həcmi isə 9,3 dəfə artaraq 23,475 mln. manat təşkil edib.

Könüllü qeyri-həyat sığortası üzrə yığılan sığorta haqlarının ümumi həcmi 171,301 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% azdır. Həmin sığorta növləri üzrə ödənişlər isə, əksinə, 10,2% artaraq 73,287 mln. manat olub.

Qeyd edək ki, şəxsi sığorta üzrə yığılan sığorta haqlarının ümumi həcmi 70,771 mln. manat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% çoxdur. Həmin sığorta növləri üzrə ödənişlərin həcmi isə 7,9% artaraq 41,218 mln. manata çatıb.

Hesabat dövründə könüllü əmlak sığortası üzrə yığılan sığorta haqlarının həcmi 19,4% azalaraq 100,530 mln. manat, sığorta ödənişlərinin həcmi isə 13,6% artaraq 28,240 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi