Azərbaycan Mərkəzi Bankında vətəndaş qəbulu kəskin artıb

Maliyyə
  • 17 sentyabr, 2022
  • 11:41
Azərbaycan Mərkəzi Bankında vətəndaş qəbulu kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) 796 vətəndaş qəbul edilib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

8 aylıq qəbulların 499-u kredit təşkilatları, 256-i sığorta şirkətləri, 21-i investisiya şirkətləri, 20-si isə digər məsələlərlə bağlı olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 2,65 dəfə, 11,1 dəfə, 3 dəfə və 2 dəfə çoxdur.