Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta bazarından 444 milyon dollar alıb
Maliyyə
- 10 oktyabr, 2023
- 13:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi 566 milyon ABŞ dolları olmaqla alışyönlü olub.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AzTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bunun 444 milyon ABŞ dolları ötən ayın payına düşüb.
"AMB valyuta bazarından dollar alır ki, məzənnəni sabit rejimdə saxlasın. Hazırda valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir. Yəni bazarda kifayət qədər valyuta var. Tələb isə o qədər çox deyil. Əhalinin manata inamı daha da artır", - deyə sədr qeyd edib.
Son xəbərlər
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi