Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % az investisiya yönəldilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 9 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 1,1 % azalıb.
Hesabat dövründə istifadə olunmuş investisiyanın 8 milyard 138,8 milyon manatı və yaxud 51,2 %-i məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı və yaxud 35,3 %-i xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı və yaxud 13,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
11 ay ərzində əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və yaxud 82,1 %-ni daxili investisiyalar təşkil edib, 11 milyard 434,8 milyon manatı və yaxud 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.