Azərbaycan iqtisadiyyatına bu il yatırılan xarici investisiyaların həcmi açıqlanıb
- 20 iyul, 2024
- 05:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 532,8 milyon manat vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 453 milyon manatı (94,8 %-i) Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ və Fransa sərmayədarlarına məxsus olub.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala ümumiyyətlə 7 milyard 984,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 4,5 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 12,6 % artıb.