Azərbaycan Beynəlxalq Bankının 200 mindən artıq səhminin sahibi dəyişib
Maliyyə
- 06 yanvar, 2017
- 12:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 5 əqd bağlanılıb.
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqdlər bankın hər birinin nominal dəyəri 0,27 manat olan 200 833 səhminin (54 225 manat) realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızları alan və satan tərəflər açıqlanmayıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsi və 1 759 fiziki şəxsə məxsusdur.
Son xəbərlər
20:38
Tramp ABŞ, Rusiya və Ukrayna danışıqlarının tezliklə keçiriləcəyini açıqlayıb
Digər ölkələr
20:20
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
Futbol
20:00
Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edib
Futbol
19:47
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Digər ölkələr
19:33
Foto
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
Fərdi
19:31
Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir
Region
19:27
Foto
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Fərdi
19:26
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
Fərdi
19:21
Qudərzi: ABŞ İranı nüvə potensialı və Hörmüz boğazından məhrum etmək istəyir
Region