Azərbaycan banklarında depozit və kreditlərin dollarlaşması azalıb

Maliyyə
  • 02 dekabr, 2016
  • 13:53
Azərbaycan banklarında depozit və kreditlərin dollarlaşması azalıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Noyabrın 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətinin dollarla yerləşdirilmiş hissəsi 81,15% təşkil edib.

Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Oktyabrın 1-də bu göstərici 81,75%, ilin əvvəlində 85%, 1 il bundan əvvəl isə 75,97% olub. Bu ilin oktyabr ayının sonuna cəmi depozit bazasında dollarlaşmanın səviyyəsi 75,5% təşkil edib. Bu göstərici sentyabrın sonuna 78,64%, ilin əvvəlinə 81,6%, 1 il bundan əvvəl isə 74,84% olub.

Noyabrın 1-nə kreditlərin strukturunda dollarla verilmiş borcların payı 46,21% təşkil edib. Bu göstərici oktyabrın 1-nə 47,29%, ilin əvvəlində 49,4%, 1 il bundan əvvəl isə 39,23% olub.