Azərbaycan banklarına depozit qoyuluşu azalıb
- 28 oktyabr, 2023
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 34 milyard 230,5 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 % az, ilin əvvəlinə nisbətən 5,6 % az, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 0,8 % çoxdur.
Bunun 19 milyard 463,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,2 % artaraq 12 milyard 705,5 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 14,1 % azalaraq 2 milyard 061,7 milyon manata düşüb.
Hesabat tarixinə depozitlərin 21 milyard 846,2 milyon manatı (1 il əvvələ nisbətən 7,3 % az) qısamüddətli, 12 milyard 384,4 milyon manatı (19,3 % çox) isə uzunmüddətli olub.
Ölkədə 23 bank fəaliyyət göstərir.