Azərbaycan banklarına depozit qoyuluşu 2% artıb

Maliyyə
  • 25 noyabr, 2023
  • 12:15
Azərbaycan banklarına depozit qoyuluşu 2% artıb

Bu il noyabrın 1-nə Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 34 milyard 991,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,2 % çox, ilin əvvəlinə nisbətən 3,5 % az, ötən il noyabrın 1-i ilə müqayisədə isə 0,5 % çoxdur.

Bunun 20 milyard 497,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 1,8 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 9,3 % artaraq 12 milyard 564,1 milyon manata çatıb, maliyyə təşkilatlarının depozitləri isə 20,9 % azalaraq 1 milyard 929,3 milyon manata düşüb.

Hesabat tarixinə depozitlərin 22 milyard 794,7 milyon manatı (1 il əvvələ nisbətən 6,3 % az) qısamüddətli, 12 milyard 196,5 milyon manatı (16,4 % çox) isə uzunmüddətli olub.

Ölkədə 23 bank fəaliyyət göstərir.