Azərbaycan bankının səhmdarlarının pay bölgüsü dəyişəcək

Maliyyə
  • 04 oktyabr, 2021
  • 06:08
Azərbaycan bankının səhmdarlarının pay bölgüsü dəyişəcək

Noyabrın 4-də, saat 12:00-da “Express Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanında (“Demirchi Tower” iş mərkəzi) yerləşən ofisində baş tutataq.

Yığıncağın gündəliyinə “Express Bank”ın 2019-2021-ci illər üzrə yenilənmiş “Strateji planı”nın təqdimatı, Bankın səhmdarlarının nizamnamə kapitalındakı iştirak paylarının dəyişdirilməsi, cari və təşkilati məsələlər daxildir.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Hazırda Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.